"Binə? Ticarət Mərkəzi yandı

img

31-01-2013 [10:46]


Bu gün saat 07:00 radələrindən Bakının ən böyük ticarət mərkəzlərindən birində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın ?Binə? Ticarət Mərkəzində baş verib. Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın və xilasedicilər cəlb olunub. Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ?Binə? Ticarət Mərkəzində yanğın 6-cı sıra, I korpusdakı mağazalardan başlayıb. Lakin hələlik hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Hazırda hadisə yerində mütəxəssislər işləyir. Uzun cəhdlərdən sonra artıq yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan yoxdur, İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA