ismayıllıdakı aksiyada bir nəfər öldü -YENiLƏNiR

img

24-01-2013 [10:37]


İsmayıllıda əhalinin etiraz aksiyası getdikcə şiddətlənir. Polis əhalini sakitləşdirməkdən ötrü sərt tədbirlərə al atıb. Rayonun hər yerindən atəş səsləri eşidilir. Sakinlər iddia edir ki, hüquq mühafizə orqanları hətta odlu silahdan atəş açıb. Yaralıların sayı 16-a çatıb. Onlardan üçünün vəziyyəti ağırdır. Bu dəqiqələrdə qaz bombasından bir uşağın öldüyü bildirilir. Amma bunu Xəstəxana həkimləri hələlik təsdiq etmirlər. Bu arada AzNews.az-ın əməkdaşları yaralılar barədə də eksklüziv məlumat yayıb. İsmayıllının Mərkəzi Xəstəxanasından verilən məlumata görə, bu dəqiqələrə qədər 12 nəfər müxtəlif bədən xəsarəti almış gənclər xəstəxanaya yerləşdirilib. Onlardan biri qazdan zəhərlənib. Qalanlarına isə rezin güllələrin dəyməsi nəticəsində müxtəlif nahiyələrin sınması diaqnozu qoyulub. Xəstəxanadan bildirilib ki, hadisə yerində təcili tibbi maşınları çalışır, və yaralıların sayı sürətlə artır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA