ismayıllı hadisələrində yaralananların sayı açıqlandı; 4 vətəndaz, 1 polis xəsarət alıb

img

24-01-2013 [11:39]


İsmayıllıda ?Çıraq? otelinin sahibi ilə başlanmış insident və aksiyada 4 nəfər aksiya iştirakçısı və bir polis nəfəri yaralanıb. Bu barədə APA-nın hazırda İsmayıllı rayonunda olan əməkdaşına Mərkəzi rayon Xəstəxanasından məlumat verilib. Məlumata görə, insident zamanı Nəsirov Emin Bəxliyar oğlu (1983), Kərimov Rauf Bəxtiyar oğlu (1986), Xələfov İmran Vahid oğlu (1989) və Bağırov Ramil Əlimurad oğlu (1985) müxtəlif dərəcəli xəsarətlər alıblar. Hadisə zamanı polis leytenantı Əsgərov Səfa Ədalət oğlu (1980) da kəllə-beyin travması alıb. Həkimlərin bildirdiyinə görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA