Apellyasiya Məhkəməsinin hakimi ayaqqabı ilə vuruldu; Mirpaza Hüseynovun qərarı narazılıq doğurub

img

23-01-2013 [09:17]


Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsində ruhani Abgül Süleymanovun şikayətinə baxış sona çatıb. Vəkil Rüstəm Zülfüqarov ?Media forum? saytına deyib ki, məhkəmə birinci instansiyanın qəbul etdiyi qərarı qüvvədə saxlayıb. ?Media forum? saytının əldə etdiyi məlumata görə, qərar elan olunan kimi prosesdə iştirak edən dindarlardan biri hakim Mirpaşa Hüseynova ayaqqabı atıb. Ayaqqabı hakimin alnına dəyib. Abgül Süleymanov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci ilin avqustunda çıxardığı hökmlə 11 il müddətinə azadlıqdan məhrum edilib. Ruhani 2011-ci ilin avqust ayında həbs olunub. O, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, narkotik və odlu silah saxlamada təqsirli bilinib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA