iz adamı Hafiz Məmmədovun cangüdənləri tutuldu; iki məzhur holdinqin əməkdazları bir-birlərin qana bulayıb

img

23-01-2013 [12:35]


Son günlər Bakıda tanınmış adamlar, məmur övladları, məhşur şirkətlər arasında qalmaqallar geniş yayılmağa başlayıb. Bu dəfə isə Azərbaycanda kifayət qədər nüfuzu olan iki tanınmış şirkətin mühafizəçiləri üz-üzə gəlib. Hüquq-mühafizə orqanlarından Bizimxeber.az-a daxil olan məlumata görə, bir neçə gün öncə ?Bağlan Holdinq? şirkətinin mühafizəçiləri ilə ?Paşa Holdinq? şirkətinin əməkdaşları arasında əlbəyaxa dava olub. Mməlumata görə, davaya səbəb isə ?Bağlan Holdinq?in mühafizəçilərindən birinin idarə etdiyi avtomaşını ?Paşa Holdinq?ə məxsus ofislərdən birinin qarşısında saxlaması olub. ?Paşa? Holdinqin mühafizəçisi maşını həmin ərazidən götürməyi, burada maşın saxlanılmasının qadağan olunduğunu bildirdikdə ?Bağlan?ın mühafizəçisi onunla mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib və ?Paşa Holdinq?in əməkdaşları hadisə yerinə gələrək ?dəvətsiz qonağı? döyüblər. Bundan hiddətlənən ?Bağlan Holdinq?in mühafizəçisi harasa zəng edib və yarım saat sonra ona 4 nəfərdən ibarət idmançı cüssəli kömək gəlib. Bu zaman ?Bağlan Holdinq?in 5 mühafizəçisi yenidən ?Paşa Holdinq?in işçilərinə hücum çəkərək onları möhkəm döyüblər. Sonra isə hadisə yerindən qaçıblar. Məsələ ilə bağlı polisə müraciət olunduqdan sonra iki gün ərzində aparılan axtarış-əməliyyat tədbiri nəticəsində həmin davada iştirak edən ?Bağlan Holdinq? şirkətinin 2 mühazəçisi həbs olunub. Daha 3 nəfərin isə axtarıldığı bildirilir. Qeyd edək ki, ?Bağlan Holdinq? şirkəti əslən Naxçıvandan olan iş adamı Hafiz Məmmədova məxsusdur. ?Hafka? ləqəbi ilə tanınan iş adamı həm də ?Bakı? Futbol Klubunun prezidentidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA