Eynulla Fətullayevlə ?Amnesty International? arasında qalmaqal yarandı

img

22-01-2013 [10:47]


?Amnesty International? insan haqları təşkilatı hüquq müdafiəçisi, tanınmış jurnalist Eynulla Fətullayevlə əməkdaşlığı dayandırmaları ilə bağlı bəyanat yayıb. Beynəlxalq təşkilat Eynulla Fətullayevi Amnesty işçilərini və onun layihəsinə cəlb olunan digər şəxsləri qəsdən aldatmağa cəhddə ittiham edib. Eyni zamanda, təşkilat Fətullayevi dolayısı ilə Azərbaycan iqtidarının əlinə oynamaqda ittiham edib. Eynulla Fətullayev də bu bəyənata cavabını çox gözlətməyib. Fətullayevin yaydığı bəyənatda bildirilir: ?Bu bəyanat Amnesty-nin özü üçün çox təhlükəli bir presedentə çevrildi. Artıq tənqidə icazə verilməyən dövlətlərin dairəsi cızılır və bu beynəlxalq hüquq-müdafiə hərəkatı üçün ciddi bir siqnaldır. Belə çıxır ki, Qərb dövlətlərini tənqid etmək olmaz və onlar toxunulmazdır. Lakin bugünkü prezentasiyada mən deyil, Almaniya polisi tərəfindən böyük təzyiqlərə, həbslərə və təhdidlərə məhkum edilən Frankfurt Occupy hərəkatının təmsilçiləri və liderləri, Almaniya xüsusi xidmət orqanları tərəfindən qətlə yetirilən türklərin liderləri, Beynəlxalq Media İnstitutununun təmsilçiləri, ATƏT-in nümayəndələri danışırdı. Həbsdə olarkən, Amnesty İnternational təşkilatı mənə misilsiz kömək edib. Bu təşkilata mənən borcluyam. Və yalnız bunu nəzərə alaraq onlarla Almaniya ilə bağlı hesabat ətrafında olan yazışmaları açıqlamayacam. Amma bu bəyanatı sifarişli və tənqiddən kənar dövlətlərin immunitetini qorumaq məqsədilə yayılan bəyanat kimi qiymətləndirirəm. Mənə bu tədbirlə bağlı çox nüfuzlu avropalılar müraciət etmişdi, lakin mən düz bildiyim işdən geri dönmürəm. Maliyyə məsələlərinə qalanda, bunlar bizm saytda şəffaf göstərilib. Bütün Fondlardan aldığım qrant layihələrinin siyahısı göz önündədir. Digər tərəfdən, mən Amnesty-dən maliyyə qaynaqlarını açmağa tələb edə bilərəm. Bir dəfə soruşmuşam - dedilər ianələrdi. Fəqət bu ianələri verən kimlərdi? Almaniyada olarkən təşkilatın Berlin ofisinin nümayəndəsi könüllü olaraq bizə müsahibə verib və Alman polisinin özbaşınalıqlarından bəhs edib. Kim Amnesty-nin nümayəndəsi Aleksandr Boşu Almaniyanı tənqid edən müsahibəni verməyə və bu səpgili bəyanatla çıxış etməyə təhrik etmişdi? Hesab edirəm ki, bu bəyanat səhv bir addım oldu və təşkilatın bir çox dövlətlərdə monitorinqinə zərbə vuracaq. Sual olunacaq - Siz niyə Almaniyada monitorinqin aparılmasının əleyhinəsiz? Onda bizi niyə yoxlayırsız?".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA