NATO Türkiyəyə ?hə? dedi

img

05-12-2012 [10:17]


NATO-nun Belçikanın paytaxtı Brüssel şəhərində keçən iclasında Türkiyənin ?Patriot? raketləri ilə bağlı müraciətinə müsbət cavab verilib. Belə ki, quruma üzv dövlətlərin xarici işlər nazirləri, Suriya ilə sərhəddə ballistik raket əleyhinə müdafiə sisteminin quraşdırılmasına razılıq verib. Zenit raket kompleksinin Suriya-Türkiyə sərhədində yerləşdirilməsi üçün rəsmi Ankara NATO-ya noyabr ayında vəsatət qaldırıb. İclasın yekunlarında NATO xarici işlər nazirləri Almaniya, Hollandiya və ABŞ-ın Türkiyəni müdafiə kompleksi ilə təchiz etmək təşəbbüsünü alqışlayıb. Türkiyənin xarici işlər naziri, Əhməd Davudoğlu qəbul olunmuş qərarın yalnız müdafiə məqsədi daşıdığını və ölkənin havadan qorunma tədbirlərinin gücləndirilməsinə yönəldildiyini vurğulayıb. Türkiyə kütləvi informasiya vasitələrinə görə, ballistik raket müdafiə sisteminin Diyarbəkir, Malatya və Qaziantep bölgələrində quraşdırılacağı gözlənilir. Zenit raket kompleksinin idarə olunacağı məntəqə isə Almaniyada daha doğrusu NATO-nun Ramştayndakı bazasında yerləşəcək.Türkiyədə yerləşdiriləcək komplekslərə xidmət etmək üçün Almaniya Türkiyəyə 160 mütəxəssis göndərəcək. Xatırladaq ki, patriot ballistik raket müdafiə sistemi 1991-2003-cü illərdə birinci və ikinci İraq müharibəsi dövründə də Türkiyə ərazisində quraşdırılsa da, kompleksdən təyinatı üzrə istifadə olunmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA