Türkiyə hökumətində 4 nazir dəyizdi

img

25-01-2013 [12:53]


Türkiyə hökumətində dörd nazir dəyişdirilib. Yanvarın 24-də Çankayada prezident Abdulla Güllə baş nazir Rəcəb Tayyip Ərdoğan arasında növbəti görüş keçirilib. Lent.az-ın "Habertürk"-ə istinadən məlumatına görə,görüşün ardından nazirlər kabinetinin fəaliyyəti təftiş edilib. Uzun müddətdir adı dəyişdiriləcək nazir arasında hallanan daxili işlər naziri İdris Naim Şahinin yerinə Müəmmər Gülər gətirilir. O, parlamentdə daxili işlər komissiyasına başçılıq edib. 1949-cu ilə Mardində anadan olub. Ankara Hüquq fakültəsinin məzunudur. Mədənyyət və turizm naziri Ərtoğrul Günyaı Ömər Çelik əvəzləyəcək. O, 1968-ci ildə Adanada anadan olub. Qazi Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsini bitirib.Çelik buna qədər AK Partiyanın xarici siyasət məsələləri üzrə məsulu olub. Milli təhsil naziri Ömər Dinçərin yerinə Nəbi Avci gətirilib. Təhsil naziri Nəbi Avcı 1953-cü ildə Biləcikdə anadan olub. O, əvvəllər bu qurumun komissiyasına başçılıq edib. Səhiyyə naziri Rəcəb Ağdağı iə Mehmet Müəzzinoğlu əvəzləyəcək. Məhəmməd Müəzzinoğlu 1955-ci ildə Gümülcinədə doğulub. İstanbul Universiteti Cərrahlıq fakültəsini bitirib. Beləliklə Türkiyə hökumətinin tərkibi aşağıdakı kimidir: baş nazir: Rəcəp Tayyip Ərdoğan baş nazirin müavini: Bülənt Arınç baş nazirin müavini: Ali Babacan baş nazirin müavini: Bəşir Atalay baş nazirin müavini: Bəkir Bozdağ ədalət naziri: Sadullah Ergin ailə və sosial siyasət naziri: Fatma Sahin Avropa Birliyi naziri: Əgəmən Bağış elim, sənaye və texnologiya naziri: Nihat Ərgün əmək və sosial təminat naziri: Faruk Çelik çevrə və şərəsalma naziri: Ərdoğan Bayraktar xarici işlər naziri: Əhmet Davudoğlu iqtisadiyyat naziri: Zafər Çağlayan enerji və Tabii Kaynaklar naziri: Tanər Yıldız gənclik və idman naziri: Suat Kılıç qıda, kənd təsərrüfatı və heyvandarlıq naziri: Mehdi Əkər gömrük və ticarət naziri : Həyati Yazıçı daxili işlər naziri: Müammər Gülər inkişaf naziri: Cevdət Yılmaz mədəniyyət və turizm naziri: Ömər Çelik maliyyə naziri: Mehmet Şimşək milli təhsil naziri: Nəbi Avcı milli müdafiə naziri: İsmət Yılmaz meşə və su işləri naziri: Veysəl Əroğlu səhiyyə naziri: Mehmet Müezzinoğlu ulaştırma, Denizcilik ve Haberleşme naziri: Binali Yıldırım

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA