Hüsnü Mübarəki 2,7 milyon dollara azad edirlər

img

14-01-2013 [10:51]


#351; Prokurorluğu yanvarın 13-də sabiq prezident Hüsnü Mübarəkin vəkillərinin təklifini qəbul edərək onun işinə xitam verilməsinə razılaşıb. Əvəzində sabiq prezident vaxtilə ?Əl-Əhrəm? media holdinqindən aldığı 2,7 milyon dolları dövlət xəzinəsinə ödəməlidir. Bunun üçün sabiq prezidentin ailəsinə iki gün vaxt qoyulub. Mübarəkin tərəfdarları Baş Prokurorluğun qərarını sevinclə qarşılayıb. 84 yaşlı Mübarək Misir prezidenti postunu 1981-2011-ci illərdə tutub. 2011-ci ilin fevralında xalq hərəkatının təzyiqləri nəticəsində istefa verib. 2012-ci ilin iyun ayında Qahirə məhkəməsi onu ömürlük həbsə məhkum edib. Mübarək kütləvi etirazları qanda boğmaqda təqsirli bilinib. Bu il yanvarın 12-də Misir Kassasiya Məhkəməsi onun işinə yenidən baxılmasına qərar verib. Həmin gün Mübarək həbsxanadan Qahirə hərbi hospitalına köçürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA