ivanizvili Bakıda geri çəkildi; O, tələsik bəyanat verdiyini etiraf etdi

img

26-12-2012 [10:23]


?Mən əvvəllər ehtiyatsızlıq etmişdim və bildirmişdim ki, Bakı-Tiflis-Qars dəmirolyu işə düşəndən sonra bizim köhnə dəmiryolunda ola bilsin ki, yükdaşımaları bir az azalsın. Lakin bu bir az ehtiyatsız edilmiş bəyanat idi?. Bunu bu gün Bakıda jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri Bidzina İvanişvili deyib. Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bu məsələdə bir az tələsdiyini bildirdiyini deyən İvanişvili qeyd edib ki, əslində Bakı-Tiflis-Qars dəmiryolu çəkilməsi Gürcüstan üçün heç bir problem yaratmır. Gürcüstanın baş naziri qaz tarifləri məsələsinə də toxunub: ?Biz qazı Azərbaycandan 145 dollara alırıq. Azərbaycana gələndən sonra belə məlum oldu ki, burada qaz 130 dollara satılır. Deməli, Azərbaycan bizim üçün çox əlverişli şərait yaradır. Ona görə mən prezidentə və hökumətə öz təşəkkürümü bildirdim?. Qeyd edək ki, Bidzina İvanişvilinin Azərbaycandan sonra Ermənistan və Türkiyəyə gedəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA