Məmmədyarov Nalbandyanla görüzüb

img

28-01-2013 [10:05]


ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə növbəti görüşü yaxın həftələrdə baş tutacaq. Bu barədə ?Trend?ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib. Onun sözlərinə görə, bu barədə razılıq bu gün Parisdə Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın iştirakı ilə Azərbaycanın xarici işlər naziri Elman Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə əldə edilib. E. Abdullayev bildirib ki, E. Məmmədyarov görüşdə mətbuatda ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə, xüsusilə də Kəlbəcərə köçürülməsi barədə yayılan məlumatlarla bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə edib. E. Məmmədyarov ölkənin işğal edilmiş ərazilərində aeroportdan uçuşlarla bağlı Azərbaycanın mövqeyini bildirib və Azərbaycan ərazilərinin işğalı davam etdikcə bu uçuşları qeyri-qanuni adlandırıb. Abdullayevin sözlərinə görə, Azərbaycan XİN rəhbəri həmçinin bildirib ki, artıq böyük sülh sazişini imzalamağın vaxtı çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA