ABŞ səfirliyi Bakıda keçiriləcək aksiya ilə bağlı xəbərdarlıq etdi

img

11-01-2013 [03:37]


ABŞ-ın Azərbaycandakı səfirliyi sabaha təyin olunmuş aksiyalarla bağlı öz vətəndaşlarına xəbərdarlıq edib. APA-nın ABŞ səfirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, diplomatik missiya ABŞ vətəndaşlarını aksiya keçirilən ərazilərdə ehtiyatlı olmağa çağırıb: ?Bu hətta dinc aksiya olsa belə, qarşıdurmaya çevrilə bilər. Siz aksiya keçirilən ərazilərə getməməli, insanların kütləvi toplaşdığı yerlərdə təhlükəsizliyə riayət etməlisiniz. Sayıq olun!? Səfirlik ABŞ vətəndaşlarına diplomatik missiyanın saytını və yerləşdiriləcək xəbərləri daim izləməyi tövsiyə edib. Qeyd edək ki, sosial şəbəkələrdə əsgər Ceyhun Qubadovun ölümünə etiraz edən bir qrup gəncin sabah saat 16.00-da Fəvvarələr Meydanında dinc aksiya keçirəcəyi ilə bağlı müraciəti yayılıb. Daxili İşlər Nazirliyi razılaşdırılmamış istənilən aksiyanın qarşısının alınacağını bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA