iran Azərbaycana nota verib

img

13-12-2012 [03:51]


İran Azərbaycana nota təqdim edib. Sənəddə rəsmi Tehran Dünya Azərbaycanlıları Konresinin (DAK) iclasının Bakıda keçirilməsindən və toplantıda konqresin liderlərindən biri, millət vəkili Sabir Rüstəmxanlının orada çıxışı zamanı İran ərazisində Cənubi Azərbaycan dövlətinin yaradılmasına dair çıxışından narahat olduğunu bildirir. Artıq rəsmi sənədə DAK da mövqe bildirib. Qurumun idarə heyətinin həmsədri Əjdər Tağızadənin ANS-ə verdiyi məlumata görə, təşkilat həmişə bu mövqedə olub və rəsmi tehranın bu mövqeyi əsassızdır. Cənubi azərbaycanlıların hüquqlarının qorunması həmişə bu qurumun əsas prioriteti olub. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya açıqlamasında Azərbaycan XİN-in bu notaya cavab hazırladığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA