Döyülüb öldürülən əsgərlə bağlı cinayət izi açıldı

img

09-01-2013 [09:45]


Azərbaycan Ordusunun Daşkəsən rayonunda yerləşən ?N? saylı hərbi hissəsində xidmət edən əsgər Ceyhun Zaman oğlu Qubadovun ölüm faktı üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb. Bunu APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib. Nazirlik sözçüsü faktla bağlı istintaq araşdırması getdiyini açıqlayıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən ?N? saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadovun bir neçə gün əvvəl postda olarkən qəfildən dünyasını dəyişməsi barədə məlumat yayılıb. Əsgərin anası Samirə xanım isə ?Azadlıq? qəzetinə açıqlamasında oğlunun döyülərək öldürüldüyünü bildirib. Mərhumun yaxınları əsgərin meyitinin fotolarını da qəzetə təqdim ediblər. Həmin fotolarda əsgərin meyitinin üzərində işgəncə xarakterli əlamətlər müşahidə olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA