Zakir Qaralov əməliyyat müzavirəsi keçirib

img

08-01-2013 [09:34]


Yanvarın 8-də Baş Prokurorluqda ölkə Prezidentinin sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim edilməsi ilə əlaqədar əməliyyat müşavirəsi keçirilib. Müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov qeyd edib ki, 2012-ci il prokurorluq orqanları üçün uğurlu hesabat dövrü olub, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub. Müşavirədə digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə birgə fəliyyətin nəticəsində 2012-ci il ərzində cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi, kriminogen durumun daha da stabilləşməsi ilə nəticələnən göstəricələrə nail olunduğu, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görüldüyü, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilməklə, elan edilmiş müsabiqənin uğurla başa çatdırıldığı və 47 nəfər gənc mütəxəssisin Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təhsilə cəlb edildiyi, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlər görüldüyü barədə məlumat verilib. Müşavirədə prokurorluq orqanlarının yaradılmasının 94-cü ildönümü və peşə bayramı günündə Prezident İlham Əliyevin 01 oktyabr 2012-ci il tarixli sərəncamına müvafiq olaraq, ölkədə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə ?İgidliyə görə? və ?Dövlət qulluğunda fərqlənməyə görə? medalları ilə təltif edilmiş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim olunub. Prezidentin 29 dekabr 2012-ci il tarixdə ?Azərbaycan 2020: gələcəyə baxış? İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında? Fərman imzaladığını diqqətə çatdıran Baş prokuror ölkəmizin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi yolunda müstəsna əhəmiyyətə malik olan bu sənədin icrası ilə əlaqədar prokurorluq orqanları qarşısında da mühüm vəzifələr durduğunu vurğulamaqla, 2020-ci ilə qədər prokurorluğun inkişafının əsas istiqamətlərini təşkil edəcək yeni vəzifələrin müəyyənləşdirilməsi, Konsepsiyada nəzərdə tutulmuş məsələlərdən irəli gəlməklə prokurorluğun fəaliyyətinə uyğun vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verib. Əməliyyat müşavirəsində Prezidentin 26 dekabr 2012-ci il tarixli ?Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında? sərəncamından irəli gələn vəzifələr ətraflı müzakirə olunub, yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında qanunların icrasına, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması barədə Baş Prokurorluğa verilmiş tövsiyələrin icrası ilə əlaqədar zəruri tədbirlərin görülməsi barədə konkret göstərişlər verilib. Eyni zamanda, 2012-ci il ərzində görülmüş işlərin vəziyyəti ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində və bütün tabe struktur qurumlarda müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş Kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib. Baş prokurorun birinci müavini Rüstəm Usubov 2012-ci ildə yol-nəqliyyat hadisələrinin istintaqı və profilaktikası ilə əlaqədar görülən işlərin səmərəliliyinin artırılması ilə əlaqədar qarşıda duran vəzifələr, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev ?Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı?nın icrası ilə əlaqədar görülən işlər, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Əzizağa Həsənov isə 2013-cü ilin birinci yarımili üçün Baş Prokurorluğun iş planı barədə ətraflı məlumat veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA