iki ayın əsgəri qəflətən öldü

img

07-01-2013 [11:35]


Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən ?N? saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissədə xidmət edən, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov postda olarkən dünyasını dəyişib. İlkin ehtimala görə, C. Qubadov ürək tutmasından vəfat edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyərək bildirib ki, əsgər ötən gecə saat 00.35 radələrində qəflətən dünyasını dəyişib. Ölümün səbəbi araşdırılır. Qeyd edək ki, C. Qubadov 2012-ci ilin oktyabrında Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA