Bakıda atızma olub: bir nəfər ölüb, iki nəfər yaralanıb

img

07-01-2013 [10:17]


Bakıda iki qrup arasında silahlı atışma olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə ötən gecə Balaxanı qəsəbəsində qeydə alınıb. İki qrup arasında baş verən davada odlu silahdan və bıçaqdan istifadə edilib. Nəticədə Bakı şəhər sakinləri ? Sadiq Musayev və Elçin Əliyev güllə yarası alıblar. Elxan Bayramzadə isə bıçaqlanaraq qətlə yetirilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisənin digər iştirakçıları da müəyyənləşib. Məlum olub ki, davada yuxarıda adı çəkilən şəxslərdən başqa, Bakı şəhər sakinləri - Tahir Musayev, Əsəd Əliyev, onun qardaşları Teymur və Seymur Əliyevlər, həmçinin Ə. Əliyevin oğlu Məhəmməd Əliyev də iştirak edib. Hadisə iştirakçılarından bir neçəsi saxlanıb. Hazırda hadisənin digər iştirakçılarının tutulması istiqamətində tədbirlər davam etdirilir. Baş vermiş hadisə ilə bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA