Bakıda yazayız binasında partlayız baz verdi, yaralanan var

img

07-01-2013 [10:08]


Ötən axşam Bakının Nərimanov rayonundakı yaşayış binalarından birində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, hadisə yernə FHN-in xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan 1 otaqlı mənzilində partlayış nəticəsində mənzilin eyvanının arakəsmə divarları və pəncərə çərçivələri dağılıb, hadisə zamanı evdə olan 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, yanğın hadisəsi olmayıb. Yaralı xəstəxanaya aparılıb. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA