"Lotu Quli"nin vəkilndən ilginc açıqlama; 70-dən çox adam onun ?qanuni oğru" olduğunu təsdiqləyib

img

27-12-2012 [11:10]


"Mən həbsxanalarda ümumiyyətlə ?obşak"ın olub-olmadığını bilmirəm. Ona görə də ?Lotu Quli?nin ?obşak?lara nəzarəti əlində cəmləşdirməsi ilə bağlı məndə heç bir məlumat yoxdur. Mən onun vəkiliyəm və hüquqlarını qoruyuram. Digər məsələlərlə bağlı isə məlumatım yoxdur. Amma ola bilsin ki, adı tez-tez ?Lotu Quli? ilə bəzi məsələlərdə çəkilən ?Rövşən Lənkəranski?nin adamları əvvəl üstələmişdilərsə, indi onlar kənarlaşdırılır". Bunu aznews.az-a ?Lotu Quli? kimi tanınan Nadir Səlifovun vəkili Kamandar Nəsibov verib. Vəkil bildirib ki, bundan əvvəl ?Lotu Quli?nin ?qanuni oğru? adının geri alınması ilə bağlı yayılan məlumatların əsası yoxdur: ?Bu informasiyanın əsası olmayıb. Əksinə, 70-dən çox adam onun ?qanuni oğru" olduğunu təsdiqləyib". ?Lotu Quli?nin 2 xanım vəkili ilə bağlı məhkəmə prosesinin davam etdiyini bildirən K.Nəsibov ?qanuni oğru?nun məhz qadın vəkil tərəfindən müdafiə olunmasını ?qanuni oğru?lar dünyasında düşüncə dəyişikliyinin nəticəsi adlandırıb: ?Əvvəllər belə bir düşüncə hakim idi ki, ?qanunu oğru" ailə qura bilməz, onun övladları olmamalıdır. İndi bunun tam əksi baş verir. Onların dünyasında da düşüncə dəyişikliyi gedir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA