ivanizvilinin Azərbaycana səfəri bazlayıb

img

26-12-2012 [11:36]


Gürcüstanın Baş naziri Bidzina İvanişvili dekabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Hava limanında Gürcüstanın Baş naziri Bidzina İvanişvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirildi. Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Bidzina İvanişvili və Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA