XiN Sergey Lavrovun Türkiyədə qolunu sındırmasını təkzib edir

img

04-12-2012 [12:52]


Rusiya Federasiyası XİN-in mətbuat xidməti nazir Sergey Lavrovun İstanbula rəsmi səfər zamanı qolunu sındırması barədə KİV-də yayılan xəbərləri təkzib edib. ANS PRESS-in NTV-yə istinadən verdiyi məlumata görə, bir qədər əvvəl Türkiyə KİV-i xəbər vermişdi ki, Lavrovun qolu sınıb və o, şəhər xəstəxanalarından birinə çatdırılıb. Burada həkimlərin ilkin tibbi yardım göstərməsindən sonra Lavrov xəstəxananı tərk edib. "Söhbət nazirin iş qrafikinə təsir etməyən cüzi idman zədəsindən gedir", - RF XİN-in mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, KİV-in nazirin xəstəxanaya yerləşdirilməsi haqqında irəli sürdüyü versiyaların "heç biri həqiqətə uyğun deyil". RF XİN-dən bildiriblər ki, bu gün Rusiyanın xarici işlər naziri Rusiya-NATO Şurasında iştirak etmək üçün Brüsselə yola düşəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA