Ağdamda polis polisi baltaladı

img

24-12-2012 [04:57]


Azərbaycanda polis əməkdaşı cinayət törədib. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağdam rayonunun Baharlı qəsəbəsində qeydə alınıb. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İmran Bəbirov mübahisə zəminində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Siyavuş Hacıyevə balta ilə xəsarət yetirib. Yaralı polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən İ. Bəbirov saxlanılıb. Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA