Saakazvilidən polisə sensasiyalı çağırız

img

22-12-2012 [08:40]


Gürcüstan prezidenti Mixail Saakaşvili ilə baş nazir Bidzina İvanişvili arasında münaqişə gərginləşir. Bu dəfə dövlət başçısı polisi ?korrupsiyaya uğramış DİN?in əmrlərini yerinə yetirməməyə çağırıb. Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahı gözlənilmədən bu çağırışı pisləyiblər. Ekspertlər hesab edirlər ki, bununla da güc strukturları M. Saakaşvilidən aralanırlar. Bu barədə ?Kommersant? yazır. ?Mən polisi 2003-cü ilin ?qızılgül inqilabı? nəticəsində qovulduqdan sonra yenidən posta qayıdan DİN-in korrupsiyaya uğramış məmurlarının əmrlərini yerinə yetirməməyə çağırıram?, - Gürcüstan lideri öz iqamətgahında keçirilən böyük mətbuat konfransında bildirib. O dəqiqləşdirib ki, ilk növbədə baş prokurorun müavini Laşa Nasvlişvilini və daxili işlər nazirinin müavini Aleksandr Tabatadzeni nəzərdə tutur. ?Tabatadze Şevardnadze dövründə narkotrafikə rəhbərlik edib, Nasvlişvili isə onun korrupsiya sistemini dağıdan ?qızılgül inqilabı? baş verəndə ağlayırdı?,- prezident qeyd edib və xatırladıb ki, Nasvlişvili o zaman dövlət təhlükəsizliyi nazirinin müavini olub. Eyni zamanda M.Sarkaşvili Dövlət Mühafizə Xidmətinin ( o cümlədən prezidentinin şəxsi mühafizə departamentinin) hökumətə tabe olması barədə parlamentin qərarını şərh edib. ?Mənə ümumiyyətlə mühafizə lazım deyil, heç sürücü də lazım deyil. Özüm sükan arxasında əyləşib ölkə boyunca gəzərək adamlarla görüşəcəm?, - o vurğulayıb və əli ilə böyük zalı göstərərək əlavə edib ki, ?Nasvlişvili və Tabatadzenin adamları isə buraya girməyəcək, bircə o çatmırdı ki, məni mühafizə eləsinlər?. Prezidentin polisə çağırışı ölkədə böyük rezonans doğurub. Parlamentin sədri David Usupaşvili (?Gürcü arzusu? koalisiyasına daxil olan Respublika Partiyasının lideri) bunu ?olduqca təhlükəli? adlandırıb. Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahı isə birgə bəyanatla çıxış ediblər. ?Mixail Saakaşvili dünənki xüsusi brifinqdə polis əməkdaşlarını əmrlərə tabe olmamağa çağırıb. Siyasətçilərin bu cür bəyanatlarını qəbuledilməz sayırıq və bəyan edirik ki, Silahlı Qüvvələr ölkəyə xidmət edəcək, hansısa partiyaya yox?, - sənəddə deyilir. Ekspertlər ehtimal edirlər ki, orduya xəbərdarlıq əslində prezidentin hökuməti istefaya göndərmək, sonra isə parlamenti buraxmaq barədə hədəsinə reaksiyadır. ?Prezidentlə baş nazir arasında mürəkkəb oyun gedir. Baş Qərargah və müdafiə naziri İrakli Alasaniya vəziyyət ciddi xarakter alarsa, kimi tərəfində olacaqlarını nümayiş etdirirlər?, Gürcüstanın GHN informasiya agentliyinin eksperti Nika İmnaişvili ?Kommersant? bildirib. Hakim ?Gürcü arzusu? koalisiyasından parlament çoxluğu da xəbərdarlıqla çıxış edib. ?Əgər prezident avantüraya gedərsə və İvanişvili hökumətini istefaya göndərərsə biz Saakaşvilini heçə çevirəcək qanunverici aktlar qəbul edəcəyik?, - Respublika Partiyasından Levan Berdzenişvili bildirib. O xatırladıb ki, əsas qanunu dəyişmək və dövlət başçısının impiçmenti prosedurunu işə salmaq imkanları verən konstitusion çoxluğu əldə etmək üçün ?Gürcü arzusu?na bir neçə səs çatmır. ?Əgər Saakaşvili həqiqətən vəziyyəti gərginləşdirərsə, biz bu çoxluğun əldə olunmasına nail olacağıq?, -deputat xəbərdarlıq edib. Prezidentyönlü ?Vahid milli hərəkat? Partiyasından deputat Qoçi Enukidzenin ?Gürcü arzusu?na keçməsi də bu ssenarinin mümkünlüyünü dolayısı ilə təsdiqləyir. Bununla da hökuməti dəstəkləyən parlament üzvlərinin sayı 90-dan 150-yə çatıb. Hələ bu, üçdə iki hissə, yəni konstitusion çoxluq deyil. Lakin bu say prezidentin istənilən qanun layihəsinə vetosunun qarşısını almaq üçün yeterlidir(azadliq.info).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA