Avropa Birliyi diktatorların pulunu geri verir

img

28-11-2012 [10:01]


Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton bəyan edib ki, Avropa Birliyi Misirin keçmiş prezidenti Hüsnü Mübarək və Tunisin keçmiş prezidenti Zeynəl Abidin Bin Əlinin bank hesablarındakı pulları adı çəkilən ölkələrin yeni hökumətlərinə geri qaytarılacaq. Xəbərdə deyilir ki, Misirdən Hüsnü Mübarək başda olmaqla 19 məmurun Avropa banklarındakı hesabları 2011-ci ildə dondurulmuşdu. Tunisdən isə Bin Əli başda olmaqla 48 məmur elə həmən il bank hesablarına girişdən məhrum edilmişdi. Maraqlıdır ki, Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton qaytarılacaq pulun məbləği barədə heç bir söz dəməyib. Amma mütəxəssislər hesab edirlər ki, söhbət on milyard dollarlardan gedə bilər. Xatırladaq ki, Avropa Birliyi eyni zamanda Livan, Suriya, İran, Belarusiya və bir çox Afrika ölkələri məmurlarının bank hesablarını dondurub(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA