BMT Baz Məclisində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib

img

21-12-2012 [04:32]


BMT-nin Baş Məclisində bir sıra qətnamə layihələri qəbul edilib. Azərbaycan Respublikasının irəli sürdüyü və 72 dövlətin həmmüəllif kimi qoşulduğu ?İtkin düşmüş şəxslər? adlı qətnamə layihəsi konsensusla qəbul edilib. Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən AzərTAc-a bildiriblər ki, həmin qətnamə dövlətləri silahlı münaqişələr zamanı şəxslərin itkin düşməsinin qarşısının alınması üçün müvafiq tədbirlər görməyə, itkin düşmüş şəxsləri axtarmağa və bununla bağlı cinayətləri araşdırmağa çağırır. Qətnamə silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin ailə üzvlərinin onların aqibətini bilmək hüququnu təsdiq edir və dövlətləri itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün zəruri tədbirlər görməyə və nəticələr barədə ailə üzvlərinə məlumat verməyə çağırır. Sənəddə, həmçinin dövlətlər onların beynəlxalq öhdəliklərinə uyğun olaraq itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məqsədilə əməkdaşlıq etməyə çağırılır. Qətnamədə onun müddəalarının həyata keçirilməsi ilə bağlı BMT baş katibindən Baş Məclisin 69-cu sessiyasına müvafiq hesabat təqdim edilməsi xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA