Rusiya Qəbələ RLS-dən imtina etdi

img

10-12-2012 [06:47]


Qəbələ RLS-in fəaliyyəti dayandırıldı. Azərbaycan ilə Rusiya arasında Qəbələ Radio Lokasiya Stansiyası (RLS) ilə əlaqədar intensiv danışıqlar aparılıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə verilən məlumata görə, Azərbaycan danışıqlarda Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı Rusiya tərəfi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu nümayiş etdirib. Danışıqlar zamanı adıçəkilən stansiyanın icarə haqqı ilə bağlı razılaşmanın əldə olunması mümkün olmayıb. Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə Nota təqdim edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA