21-12-2012 [12:31]
Dünən 1 saylı İnzibati-İqtisadi Məhkəmədə hakim Şərafət Məmmədovanın sədrliyi ilə 10 il Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nəzarət şöbəsinin müdiri vəzifəsində çalışmış Arzu Məmmədovun Hacıbala Abutalıbova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Sabiq şöbə müdiri merin onu işdən çıxarması haqda qanunsuz əmrinin ləğvini və vurulmuş ziyanın ödənilməsini tələb edir. Proses BŞİH-in ümumi şöbəsinin müdiri Namiq Məmmədovun sərbəst ifadəsiylə başladı. Şahid bildirdi ki, o, həm də BŞİH-də etik müvəkkildir: ?Arzu Məmmədov 2001-ci ildə BŞİH-ə Nəzarət Şöbəsinə müdir gəldi. Orada Rafiq Məmmədovla yola getmırdi, buna görə ikinci vəzifəsindən uzaqlaşdı. Arzu Məmmədovun həmin şöbədə 4 işçisi var idi, onlardan da yalnız Vaqiflə danışır. Onunla da maşınından istifadə etdiyinə görə münasibəti vardı. Bu adam xidməti maşınını ev işləri üçün istifadə edirdi. Buzovnada da özünə 2 mərtəbəli ev tikib?. Hakim şöbə müdirinə izah etdi ki, o, məhkəməyə imza atdığı xidməti məlumatla bağlı danışmağa çağırılıb. Bundan sonra N.Məmmədov bildirdi ki, işi ilə əlaqədar tez-tez Hacıbala Abutalıbovun yanında olurdu: ?Çox vaxt saat 6-da katibə işdən gedəndən sonra Hacıbala müəllimin yanında oluram. O zaman ?Xural? qəzetində Hacıbala Abutalıbovu ən böyük korrupsioner adlandırılan yazı çıxmışdı. Həmin yazı ilə bağlı Hacıbala Abdutalıbov Arzu Məmmədovu yanına çağırdı. Arzu Məmmədov dedi ki, həmin sözləri ?VAK?da (Ali Attestasiya Komissiyası-E.M) deyib, Qüdrət İsakov da dediklərini diktafona yazıb. Hacıbala Abutalıbov ona xəbərdarlıq etdi. Dedi ki, 2 uşağı var, yazıqdır, onu işdən çıxarsam heç kim işə götürməyəcək?. Şöbə müdirinin sözlərinə A.Məmmədovun vəkili Eldar Quliyev etiraz etdi və suallarını verməyə başladı.
[b]Vəkil Eldar Quliyev - Sizdə A.Məmmədova qarşı bu qədər kin-kudurət haradandır?[/b]
- Mən etik müvəkkiləm. Bununla...
[b]- Siz 2012-ci ildən etik müvəkkilsiniz.[/b]
- Mən 600 minlik qaçqın-köçkünə rəhbərlik edirəm. Bu adam qanunsuz tikintilərə gedib yoxlama aparmaq istəyirdi...
[b]- Siz 600 min qaçqın-köçkünə rəhbərlik edirsiz?[/b]
- Edirəm də. Rəhbərlik etdiyim şöbənin səlahiyyətlərinə daxildir.
[b]- Kadrları işdən çıxaranda Hacıbala Abutalıbov həmişə sizi çağırır?[/b]
- Xeyr, sadəcə Arzu Məmmədovun işdən çıxarılmasına baxanda çağırmışdı.
[b]- Dediniz ki, dekabrın 11-də yığışmışdıq. Niyə yığışmışdız? [/b]
- Xidməti məlumatda səbəbini yazmışıq. A.Məmmədov yalan informasiya verməklə dövlətə, dövlətçiliyə ziyan vurub. Bu məsələləri müzakirə edirdik.
[b]- Konkret nəyi müzakirə edirdiz?[/b]
- O qanunsuz tikintilərə gedib dayandırılmasını tələb edirdi. Cənab prezident göstəriş verib ki, yoxlamalar dayandırılsın. O isə gedib yoxlayırdı.
[b]- Sizə A.Məmmədovun yoxladığı hansı şirkət, şəxs şikayət etmişdi?[/b]
- Bakıda o qədər şirkət var ki.
[b]- Xidməti məlumatda A.Məmmədovun qanunsuz yoxlama aparması haqda heç nə yoxdur. Varsa məhkəməyə göstərin.[/b]
Şöbə müdiri xidməti məlumatda belə bir qeydin olmasını məhkəməyə göstərə bilmədi. Dedi ki, BŞİH-də 200 nəfər çalışır, A. Məmmədov isə bu işçilərdən 5 nəfəri ilə münasibəti var, qalanları ilə danışmır. Həmçinin işə vaxtında gəlmədiyini söylədi. E.Quliyev isə şöbə müdirindən xahiş etdi ki, müvəkkilinin işə vaxtında gəlməməsi haqda dediklərini təsdiqləyən sənədi məhkəməyə tədqim etsin. Bunun əvəzində şöbə müdiri vəkilə sual ünvanladı:
- Sizə kağız lazımdır, yoxsa canlı şahid?
[b]- Əlbəttə ki, sənəd.[/b]
- Hacıbala Abutalıbov ona qarşı humanist olub. Çoxdan işdən çıxarmalı idi. Etik davranışlarına görə.
[b]- Etik davranışı pozma nəyə deyirsiz?[/b]
- Bu adam 4 işçisi ilə danışmır. İşə gələndə başına papaq qoyur, əyninə gödəkçə, ayağına ?sapoq? geyinir. Ona 1-2 dəfə təklif elədim ki, belə işə gəlmə.
[b]- Bunu xidməti məlumata niyə yazmadız?[/b]
- İstəsəydik çox şey yazardıq.
[b]- Qüdrət İsakovun ?Xural? qəzetində yazdığı yazı dövlət orqanını nüfuzdan salır?[/b]
- Bəli, orada Hacıbala Abutalıbov, Ziya Məmmədov, Kərəm Həsənov rüşvətxor, korrupsioner adlandırılırdı.
[b]- Belə deyildisə niyə məhkəməyə müraciət edib həmin məlumatları təkzib olunmasını tələb etmirdiniz? [/b]
- Hacıbala Abutalıbov humanistlik edib.
[i]Növbəti şahid BŞİH-in hüquq şöbəsinin müdiri Sani Nəsibov oldu. O, sərbəst ifadəsindən sonra vəkil E.Quliyevin suallarını cavablandırdı:[/i]
[b]- Nə vaxtdan Aparat rəhbərinin yazdığı xidməti məlumatı başqaları, təsərrüfat bölməsinin müdiri imzalayır? [/b]
- Hamını bezdirmişdi.
[b]- Xidməti məlumatı siz hüquq şöbəsinin müdiri hansı əsasla imzalamışdız?[/b]
- Harada yazılıb ki, belə olmaz?
[b]- Xidməti məlumatda BŞİH-in Aparat müdiri öz fikirlərini yazırsa onu siz niyə imzalayırsız?[/b]
- ?Xural?da yazılmışdı ki, Hacıbala Abutalıbov ən böyük korrupsionerdir.
[b]- Deməli həmin xidməti məlumatın kollektiv yazılmasını Hacıbala Abutalıbov göstəriş verib?[/b]
- Bəli, Hacıbala Abutalıbov deyib, yazmışıq. Bundan başqa A.Məmmədova dəfələrlə xəbərdarlıq olunub.
[b]- Əgər A.Məmmədova xəbərdarlıq olunubsa niyə ona hər bayramda mükafat verilib?[/b]
- Hacıbala Abutalıbov humanistdir.
[b]- Humanistdirsə A.Məmmədovun barəsində kollektiv xidməti məlumat yazılmasına niyə göstəriş verib?[/b]
- O, yalan, böhtan yazır, şərəf və layaqəti alçaldır. Arzu gözəl bilir ki, Hacıbala Abutalıbov onu işdən niyə çıxarıb. Hələ Hacıbala müəllim çox gecikib.
Hüquq şöbəsinin müdiri vəkilin suallarına cavab verərəkən aydın oldu ki, anonim məktubların araşdırılması qanunla yasaqlansa da, BŞİH-də bu yasağa məhəl qoyulmur.
Bundan sonra vəkilin suallarından aydın oldu ki, Arzu Məmmədovdan savayı digər bir şəxslə bağlı kollektiv xidməti məlumat yazılmayıb. Proses dekabrın 25-də, 15:00-da davam etdiriləcək(bizimyolinfo.com).