Azərbaycanda ər arvadını qətlə yetirib

img

19-12-2012 [04:57]


Azərbaycanın Lənkəran rayonunda qətl hadisəsi baş verib. Lənkəran Rayon Prokurorluğundan APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Tükəvilə kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Fuad Əhməd oğlu Kəlbiyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1978-ci il təvəllüdlü üç uşaq anası Lətafət Qəhrəman qızı Ağayevanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Əvvəllər də məhkumluq həyatı yaşamış F. Kəlbiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA