DYP əməkdazı polis rəisini bıçaqladı

img

17-12-2012 [12:28]


Redaksiyamıza Ağdam Rayon Polis İdarəsində bıçaqlaşma olması haqda sensasion məlumat daxil olub. Məlumatda bildirildiyinə görə, RPİ-nin rəisi Elçin Qasımov öz xidməti otağında Ağdam Dövlət Yol Polisinin əməkdaşı Elgiz Əliyevlə əlbəyaxa olub. Polis rəisi DYP əməkdaşına fiziki xəsarət yetirib. Mənbə deyir ki, dava zamanı polis rəisinin hücumundan qorunmaq üçün Elgiz Əliyev rəisin üstünə bıçaq çıxarıb. Bu zaman kabinetdə olan Ağdam DYP-nin rəisi Mübariz (soyadını dəqiqləşdirə bilmədik - red.) araya girib. Deyilənə görə, DYP rəisi bıçağı öz işçisinin əlindən almaq üçün araya girəndə zərbə onun özünə dəyib və yaralanıb. Hadisənin motivi haqda məlumat ala bilmədik. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisinin Hərəkətin Təhlükəsizliyi və İctimai Qurumlarla Əlaqələr şöbəsinin müdiri Kamran Əliyev əlaqə saxladıq. Şöbə müdiri məsələ ilə bağlı bunları dedi: ?Qeyri-ciddi məlumatdır, şaiyədir. Belə bir hadisə olmayıb, olsaydı hər 3 şəxs öz işində olmazdılar?.(musavat.com)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA