Bakıda dəhzətli yanğın baz verdi

img

16-12-2012 [02:35]


Paytaxtın Böyük Şor qəsəbəsində, Ziya Bünyadov prospektində yerləşən Dərnəgül Açıq Səhmdar Cəmiyyətinə məxsus anbarda güclü yanğın baş verib. Səhər tezdən başlayan yanğını söndürmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15-dən çox yanğınsöndürən maşını cəlb edilib. Yanğının güclü olmasına səbəb isə anbarda tez alışan avtomobil hissələri və yağların olması göstərilir. ?Sahəsi təxminən 500 kv.metr olan anbarın içərisində yanməış avtomobil ehtiyat hissələri, əsasən xırda tutumlu yağ çəlləkləri və digər filtrlər təxminən 250 kv.metr sahədə yanıb. Yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb. Hal-hazırda yanğınsöndürən qüvvələri tərəfindən yanğının qarşısı alınıb. Xırda lokal mənbələrdə yanğının söndürülməsi davam edir?, - deyə FHN-in qərargah rəisi Ələkbər Novruzov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA