Fərhad Əliyevin kamerasında axtarız olub; General rəislərin yerini dəyizdi

img

12-12-2012 [05:38]


Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində axtarış olub. Bu haqda redaksiyamıza daxil olan xəbərdə deyilir ki, müəssisədə axtarış Penitensiar Xidmət rəhbərliyinin göstərişi ilə həyata keçirilib. Müəssisədə axtarış qanunsuz əşyaların, xüsusən də mobil telefonların aşkarlanması üçün aparılıb. Sabiq nazirin saxlandığı kamera da axtarışa məruz qalıb. Axtarışa əsas yaradan səbəb isə 2 saylı cəzaçəkmə müəsisəsinin qonşuluğunda yerləşən 17 saylı müəssisədə Nemət Pənahlı ilə bağlı yaranan durumdur. 17 saylı cəzaçəkmə müəssisəsində aparılan axtarış zamanı qanunda nəzərdə tutulmayan əşyalar, mobil telefonlar tapılıb. Bundan sonra həmin müəssisədə saxlanılan 12 məhbus ayrı-ayrı müəssisələrə köçürülüb. Ən son məlumata görə bu olaylardan sonra Penitensiar Xidmətin rəisi Mədət Quliyev 17 saylı müəssisənin rəisi Samir Hüseynovu işdən çıxarıb. Bu vəzifəyə Uşaq tərbiyə müəssisəsinin rəisi Arif Mirzəyevi rəis təyin edib. 17 saylı müəssisənin rəisi vəzifəsini icra etmiş Samir Hüseynov isə uşaq tərbiyə müəssisəsinə rəis göndərilib. 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi Rasim Bayramov 11 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə rəis təyin olunub. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi Trend-ə məlumatı təsdiqləyib(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA