Azərbaycanda 20 yazlı əsgər qətlə yetirilib

img

11-12-2012 [03:53]


Astara rayonu ərazisində əsgər qətlə yetirilib. Milli.az-nın verdiyi xəbərə görə, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində xidmət edən 20 yaşlı Pirəddin Həsənov bıçaqla öldürülüb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Ağdam rayonundan məcburi köçkün olan P.Həsənov Mingəçevir şəhərində məskunlaşıb. Onun meyidi ailəsinə təhvil verilib. Mərhumun yaxınlarının dediklərinə görə, P.Həsənovun ürək nahiyəsində bir bıçaq yarası olub. Dövlət Sərhəd Xidmətindən isə hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA