Bakıda beynəlxalq axtarızda olan narkobaron tutuldu (YENiLƏNiB)

img

06-12-2012 [11:22]


Bakının Suraxanı rayonunda polis uğurlu əməliyyat nəticəsində 5 il beynəlxalq axtarışda olan şəxsi yaxalayıb. Suraxanı rayonunda Polis İdarəsinin narkotiklərlə axatarış bölməsinin Əsgər Orduxan oğlu Həsənəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, beynəlxalq narkotik satışı ilə məşğul olan 1958-c ildə Xaçmaz rayonunda anadan olmuş İsgəndər Nuru oğlu Səfərov barədə idarəyə məlumat daxil olub. Dərhal xüsusi əməliyyat qrupu hazırlanıb. Gecə saatlarında İsgəndər Səfərovun yaşadığı 2 otaqlı mənzildə axtarış aparılıb və külli miqdarda narkotik aşkarlanıb. Belə ki, vannada, 14 ədəd balonda xüsusi üsulla hazırlanan narkotik aşkarlanıb. Bundan başqa, 30 kiloqramdan çox marixuana, həşiş və digər narkotik maddələr tapılıb. İsgəndər Səfərovun beynəlxalq narkotik vasitələrinin satışına rəhbərlik edən narkobaron olduğu bildirilir. Qeyd edək ki, həmin şəxs 2009-cu ildə Rusiyada narkotik vasitələrin satışı ilə əlaqədar beynəlxalq axtarışa verilib. ***10.54 Ötən gecə Bakının Suraxanı rayonunda polis uğurlu əməliyyat nəticəsində 5 il beynəlxalq axtarışda olan şəxsi yaxalayıb. Suraxanı Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat zamanı narkotik vasitələrin qanunsuz istehsalı ilə məşğul olan Hövsan qəsəbə sakini, 2008-ci ildən axtarışda olan Rusiya vətəndaşı İsgəndər Nuru oğlu Səfərov saxlanılıb. Onun yaşadığı evdən 250 qutu marixuana, əlavə olaraq 20 kiloqram narkotik vasitə və narkotik bitkilərin becərilməsi üçün lazım olan xüsusi vasitələr aşkar edilərək götürülüb. İsgəndər Səfərovun narkotik şəbəkədə xüsusi rol var və onun tutulması ilə narkotik vasitələrin istehsalı ilə məşğul olan digər şəxslərin də ifşa olunacağı guman edilir. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA