Misirdə vətəndaz qarzıdurmaları ziddətləndi

img

06-12-2012 [11:06]


Misirin paytaxtı Qahirədə baş vermiş qarşıdurmalar axşam saatlarına doğru daha da şiddətlənib. Yerli mediyanın verdiyi məlumata görə, prezident sarayının qarşısında çadır quraraq etirazlara davam edənlərlə prezident Məhəmməd Mursinin tərəfdarları arasında münaqişə baş verib. Hökumət tərəfdarları etirazçıların çadırlarını sökməyə çalışan zamanı qarşıdurmalar yaranıb. Qarşıdurmalar zamanı 2 nəfərin öldürüldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir. Məlumata görə, xəsarət alanlardan 3-ünün vəziyəti ağır kimi qiymətləndirilir. Onlar başlarından aldıqları zədə ilə xəstəxanaya yerləşdiriliblər. Paytaxt küçələrində çoxlu sayda dağıntılar törədilib. Müxalifətin verdiyi məlumata görə, ötən gün təhlükəsizlik qüvvələri baş verə biləcək toqquşmalardan xəbərdar olub. Lakin qəsdlə bunun qarşısını almaq üçün əvvəlcədən tədbir görməyib. Lakin polis sonradan zorakılıqlara müdaxilə edərək 32-ə yaxın etirazçını həbs edib. Qeyd edək ki, etirazların davam etməsinə səbəb prezident Məhəmməd Mursinin öz səlahiyyətlərini artıran qanun layihəsi qəbul etməsidir. Ötən gün, etirazlara bir sıra televiziya işçiləri də qoşulub. Onlar tətil elan edərək, Mursi hökumətinə qarşı etirazlarını bildiriblər. Misir müxalifəti isə artıq hakimiyyətə etibar etmədiyini bəyan edib. "Biz ümumi tətillər də daxil olmaqla mümkün ola biləcək hər cür etiraz vasitəsindən istifadə edəcək. Xalqın tələbələri yerinə yetirilənə qədər bu etirazlar davam edəcək. Biz inqılabın istiqamətini düzəltməyə çalışırıq. Düşünürəm ki, Mursi hakmiyyəti qısa müddətdə verdiyi qərarlarla artıq öz legitimliyini itirib. Xalq artıq prezidentə etibar etmir. Belə bir rəhbərin isə dövlət başçısı olaraq öz fəaliyyətini davam etdirməsi düzgün deyil", - deyə Əlbaradey sözlərini ifadə edib. "Biz ilk öncə konstitusiya bəyannaməsinin ləğv ediməsini istəyirik. Yalnız bundan sonra Misir xalqının konstitusiyaya təsir gücündən və onu mühakimə etmək haqqında ciddi şəkildə müzakirə etməyə hazırıq", - deyə Musa qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA