?Böyük ipək Yolu?nun Marko Polonun ?vətənində? görüzü olub

img

13-12-2012 [07:05]


?Böyük İpək Yolu? Beynəlxalq Gənclər İttifqaının sədri, deputat Fuad Muradov bu gün İtaliyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Mario Balti ilə görüşüb. BGİ-nin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş zamanı F. Muradov rəhbərlik etdiyi ?Böyük İpək Yolu? Beynəlxalq Gənclər İttifaqının fəaliyyəti və prioritetləri barədə səfir M.Baltiyə məlumat verib. Qeyd olunub ki, qədim zamanlardan başlayaraq fəaliyyət göstərən ?Böyük İpək yolu? məşhur italiyalı səyyah Marko Polonun adı ilə sıx bağlı olub. Marko Polo məhz ?İpək yolu? ilə XIII əsrdə İtaliyadan ortadoğu və Orta Asiya yolu ilə Çinə gedib. Məşhur səyyah öz səfər yazılarında Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması habelə Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulayıb. Mario Balti görüşdən məmnun qaldığını deyib və ?İpək Yolu?nun çağdaş missiyasını dəstəklədiyini vurğulayıb. Səfir qeyd edib ki, tarixi yol üzərində yerləşən ölkələrin gəncləri arasında mədəni mübadilə və əməkdaşlıq ölkələr arasında əlaqələrin daha da yaxınlaşmasına böyük kömək edir. Görüş zamanı İtaliya gənclərinin BGİ-yə üzvlük məsələsi müzakirə edilib. Səfir italiyan gəncləri birləşdirən Qeyri-Hökümət Təşkilatları və təşkliatları ilə əlaqələrin qurulmasını təklif edib. Səfir Balti bildirib ki, İtaliya gələn il Bakıda Marko Polonun Venetsiyadan Çinə qədər olan səyahətini əks etdirən ?İpək Yolu? adlı rəsm sərgisinin keçirməyi planlaşdırır. O, ?Böyük İpək Yolu? Beynəlxaq Gənclər İttifaqına bu sərgidə tərəfdaş kimi iştirak etməyi təklif edib və bu barədə müzakirə aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA