Bakıda cibgir soymaq istədiyi zəxs tərəfindən bıçaqlandı

img

06-12-2012 [10:09]


Bakının Binəqədi rayonunda biçaqlanma hadisəsi qeydə alınıb. Hadisə nəticəsində 36 yaşlı Şirinov Rafael Qərib oğlu döş qəfəsinin sol yarısının kəsilmiş deşilmiş yarası diaqnozu ilə 1 saylı xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ağır olsa da, qənaətbəxşdir. Hadisənin təfərrüatlarını araşdıran Binəqədi polisi maraqlı bir məqamı üzə çıxarıb. Müəyyən edilib ki, zərərçəkmiş Rafael Şirinov Rəsulzadə qəsəbəsi ərazisində ictimai nəqliyyatda başqa bir sərnişinlə mübahisə edib və elə həmin şəxs tərəfindən də bıçaqlanıb. Qeyd edim ki, əvvəllər cibgirliklə məşğul olan Şirinovun hadisədən əvvəl həmin sərnişinin cibindən oğurluq etmək istədiyi də ehtimal edilir. Faktla bağlı cinayət işi başladılıb(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA