Quba "üsyançıları"na 5-6 il iz istənildi; icra Hakimiyyəti isə humanistlik tələb edir

img

05-12-2012 [03:40]


Dekabrın 5-də Quba rayon Məhkəməsində 1 mart - Quba hadisələri ilə əlaqədar təqsirləndirilənlərdən 8 nəfərinin məhkəməsi keçirilib. Dövlət ittihamçısı Roza Şıxəliyeva Fərhad Abdurrəhmanovun 6 il, Samir Talıbovun 5 il, Alxaz Dənyalovun 5 il, Mətləb Dadaşovun 5 il, Sərvin Çobanovun 5 il, Murad Zakirovun 5 il, Səxavət Ələsgərovun 5 il 3 ay, Samir Xammədovun 6 il azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin təqsirləndirilənlərdən zamində olan 5 nəfərin həbs olunmasını istəyib. Məhkəmədə iştirak edən Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi hakimdən humanist qərar çıxarılmasını, təqsirləndirilənlərin gənc yaşda olmasının nəzərə alınmasını istəyib. Növbəti proses dekabrın 11-i saat 12-yə təyin olunub ("Azadlıq" radiosu).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA