Bakının mərkəzində silah-sursat tapıldı

img

04-12-2012 [04:31]


Fövqəladə Hallar Nazirliyinin ?112? qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Nərimanov rayonunda döyüş sursatı aşkarlanıb. Nazirlıikdən verilən məlumata əsasən, dərhal müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, avtomat silahına aid 1ədəd daraq (21 ədəd 7x62mm gülləsi) və istifadəyə yararlı olan tank əleyhinə 1 ədəd RKQ-3 markalı əl qumbarasıdır. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməmişlər. Əməliyyat saat 12:50-də başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA