Ramil Usubov öz oğlunu rəis təyin etdi

img

28-11-2012 [10:07]


Azərbaycanın güc strtukturunda normal sivil ğölkəllrdə səs-küyə səbəb olacaq təyinat baş verib. Daxili işlər naziri Ramil Usubov öz oğluna Daxili İşlər Nazirliyində yüksək vəzifə verib. O, böyük oğlu Emil Usubovu nazirliyn Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi təyin edib. Maraqlısı budur ki, polis polkovniki Emil Usubovun bu vəzifəyə nə vaxt təyin olunması barədə ictimaiyətə məlumat verilməyib. Onu da əlavə edək ki, E.Usubov əvvəllər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi işləyib. Bir neçə il əvvəl isə ölkə prezidenti tərəfindən E.Usubov "İgidliyə görə" medalı ilə təltif edilib(Qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR