YAP-çı sabiq deputat qalib gəldi

img

28-11-2012 [06:23]


?Avto Qarant? ASC tərəfindən məhkəməyə verilən Yeni Azərbaycan Partiyasının üzvü, sabiq deputat Nazim Məmmədov prosesdən qalib ayrılıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Bakı Apellyasiya Məhkəməsində ?Avto Qarant? ASC-nin şikayəti əsasında keçmiş deputat Nazim Məmmədov başda olmaqla cəmiyyətin bəzi səhmdarlarına qarşı verilmiş şikayət üzrə hakim qərarını elan edib: ?Hakim Aygün Məmmədova Xətai rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, ASC-nin adıçəkilənlərdən maddi və mənəvi zərərin ödənilməsi tələbini rədd edib?. Xatırladaq ki, məhkəmə prosesi ilə bağlı mətbuata açıqlama verən Nazim Məmmədov deyib ki, 110 nəfərlə birlikdə ASC -in səhmdarı olsa da, oradan bir qəpik də dividend almayıb: ?Bizə qarşı bu şikayəti əslində, bir neçə il bundan əvvəl müəssisənin idarəçiliyini zəbt etmiş, qanunsuz, saxta protokollar əsasında özünü idarə heyətinin sədri kimi təqdim edən Elmar Musayev tərəfindən qaldırılıb. Onun adımı iddia ərizəsinə əlavə edib, məhkəməyə verməsinə baxmayaraq, səhmdar cəmiyyətin idarə edilməsində iştirakım olmadığına görə, şikayəti birinci məhkəmə instansiyasında əsassız sayılıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA