Həbsdə olan Fərəməz Novruzoğlunun məhkəməsi davam edir

img

25-11-2012 [09:25]


11 mart 2011-ci ildə həbs olunan jurnalist Fərəməz Novruzoğlunun Nizami Rayon Məhkəməsinin barəsində çıxardığı hökmdən verdiyi apelyasiya şikayəti üzrə proes davam edir. Bu barədə daxil olan məlumatda bildirilir ki, bu ilin avqustun 22-də Bakının Nizami Rayon Məhkəməsinin hökm ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Fərəməz Novruzoğlu 2011-ci il 11 mart tarixində gənclər təşkilatları tərəfindən təşkil edilən ?Böyük Xalq Günü? aksiyası ərəfəsində ?Facebook? sosial şəbəkəsində Elçin İlqaroğlu ləqəbi ilə insanları kütləvi iğtişaşlara dəvət etməkdə və 2010-cu ilin noyabrından 2011-ci ilin oktyabrına qədər qanunsuz olaraq Azərbaycan-Türkiyə sərhədini keçməkdə və orda qanunsuz yaşamaqda ittiham olunub: ?Jurnalist Nizami rayon Məhkəməsinin hakimi İmran Burcayevin çıxardığı bu hökmdən razı deyil və bu üzdən də yuxarı məhkəmə instansiyasına şikayət eləyib?. Məlumata görə, Cinayət Məcəlləsinin 220.2-ci (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə həbsinə etiraz edən Fərəməz Novruzoğlunun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə noyabrın 30-da baxılacaq. Sonda onu da xatırladaq ki, F.Novruzoğlu müxtəlif qəzetlərdə çalışıb, son olaraq ?Millətim? qəzetində baş məsləhətçi vəzifəsində işləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA