Ana və oğlu qazdan zəhərlənərək öldülər

img

11-11-2012 [03:59]


Şirvan şəhərində ana və oğul qaz sizması nəticəsində boğularaq ölüblər. 47 yaşlı Zülfiyyə Canıyeva və onun övladı 17 yaşlı Həsən Salmanovun meyitini onların qonşuları aşkar ediblər. Qonşuların dediyinə görə, yeniyetmənin meyiti hamamda olduğundan onun dəm qazından öldüyü güman edilir. Ehtimal edilir ki, qaz sobasının açıq qalması sızmaya səbəb olub. Xatırladaq ki, bir neçə gün əvvəl Tovuz rayonununda 3 nəfər dəm qazından zəhərlənmişdi. Mütəxəssislər bildirirlər ki, bu ilk növbədə vətəndaşların qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi ilə bağlıdır. Bu cür xoşagəlməz halların qarşısını almaq məqsədilə ?Azəriqaz? İstehsalat Birliyi ildə iki dəfə abonentlərin evlərinə baxiş keçirir. Həmçinin vətəndaşlara qaz sobası alarkən diqqətli olmaq, lisenziya tələb etmək tövsiyyə olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA