Zakir Qaralov Ombudsmanın məhkəməyə verilməsinə səbəb oldu

img

08-11-2012 [12:33]


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova sabiq prokuror tərəfindən məhkəməyə verilib. Bu barədə mia.az daxil olan məlumatda bildirilir ki, Ombudsmanın məhkəməyə verilməsi, vəzifə borclarına səhlənkar yanaşmadan qaynaqlanıb: ?Ombudsmanı məhkəməyə verən şəxs Abşeron prokurorunun sabiq köməkçisi Tofiq Ağacanov hesab edir ki, qanunsuz işdən azad edilməsi, həmçinin əmək kitabçasının, əmrin surətinin ona vaxtında təqdim edilməməsi və sair qanunsuz hallarla bağlı Ombudsmana etdiyi müraciətlərin heç biri qarşı tərəfdən vəzifə səlahiyyətlərinə uyğun dəyərləndirilməyib?. Məlumata görə, məhkəmədən Ombudsmanın üzərinə vəzifə borclarının yerinə yetirilməsi öhdəliyini tələb edən sabiq prokurorun şikayəti üzrə iki gün əvvəl Bakı Apellyasiya Məhkəməsində proses keçirilib və o, istəyinə qismən də olsa nail olub: ?Tofiq Ağacanov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin bu qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdi. Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Məmmədov isə ayın 6-da şikayətə baxıb. Hakim işin İqtisad Məhkəməsində deyil, Ombudsmanın yerləşdiyi ərazi üzrə Səbail Rayon Məhkəməsində baxılmasının qanuna uyğun olduğunu bildirib. Və işi təkrar birinci instansiya məhkəməsinə qaytarıb?. Xatırladaq ki, Tofiq Ağacanov Dövlət Neft Akademiyasında terror törətməkdə ittiham edilmiş Fərda Qədirovun cinayət işi üzrə 1 iyun 2009-cu il tarixində vəzifəsindən azad edilib. Baş prokuror Zakir Qaralov onu Fərda Qədirovla qohum olmaqda və bu iş üzrə istintaqa kömək etməməkdə ittiham edərək, prokurorluq orqanlarından xaric edən əmri imzalayıb. Tofiq Ağacanov isə bunu qəbul etmir. O, hələ xeyli əvvəl barəsində imzalanmış əmri qanunuz hesab etdiyi haqda açıqlama verərək, bildirib ki, əslində, fakt, qeyd edilən kimi deyil. T.Ağacanov deyib ki, F. Qədirovla şəxsən tanışlığı və hər hansı münasibəti olmayıb: ?15-20 il əvvəl mənim ögey qardaşım Fərda Qədirovun bacısı ilə qısa müddətli evlilik həyatı yaşayıb. Bütün bunlarla bağlı mən istintaqa lazımi ifadə vermişəm. Tanımadığım adamla bağlı daha ətraflı məlumata isə malik olmamışam?. Qarşı tərəflərdən münasibət öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA