Əvəz Zeynallı: "Gülər Əhmədova məhkəməyə gəlməlidir"

img

07-11-2012 [11:32]


?Hanı Gülər Əhmədova? Məhkəmənin səlahiyyəti çatmır bu qadını bura gətizdirsin? Gəlsin mərd-mərdanə üzə durmağını axıradək eləyib getsin. Niyə qorxur? Nədən qorxur?? Bu sözləri həbsdə saxlanan ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 noyabr iclasında səsləndirib. Sabiq deputat Gülər Əhmədova məhkəmədə şahid ifadəsi verməlidir. 7 noyabr iclasında hakim Ramella Allahverdiyeva Gülər Əhmədovanın həkim nəzarətində olması səbəbindən məhkəməyə qatılmadığını təsdiqləyən rəsmi arayışı elan edib. Əvəz Zeynallı bu elanı kəskin etirazla qarşılayıb: ?Necə olur ki, bu qadın universitetə dərs deməyə gedə bilir, hava limanına guya qohumunu qarşılamağa gedir, necə olur ?Mərkəz? qəzetinin redaksiyasında işlərini var-gəl etmək üçün orda peyda ola bilir, amma şər-böhtanla həbs etdirdiyi bir adamın məhkəməsinə gəlmir? Kimə lazımdır sizin bu cəfəngiyyatlarınız? Açıq-aşkar etiraf edin ki, siz onu məhkəməyə gətirdə bilmirsiniz. Prokuror Ramazan Hadıyev bu məsələdə onlarlıq bir şey olmadığını deyir. Baş Prokurorluğun bu qədər olaydan, bu qədər korrupsiya faktından sonra Gülər Əhmədovanı həbs etməməsinə görə dili qısa olmalıdır. Necə olur ki, məhkəmə qarşısında bütün vətəndaşların bərabər hüquqlu olduğunu gözümüzə təpirsiniz, amma Gülər Əhmədova hakimiyyətin adamı olduğu üçün onu bu günə qədər həbs etməmisiniz?! Ortada bir dənə də fakt olmaya-olmaya məni 1 ildir həbsdə saxlayıb, yoldan keçənləri üzümə durğuzursuz, amma bu qədər korrupsiya faktından sonra heç nə olmayıbmış kimi adamı azadlıqda saxlayıb, ona yeni hüquqlar tanıyırsınız? Bu necə olur? Siz Əvəz Zeynallıdan nə istəyirsiniz? Susdurmaq üçün bura basmısınız? Mən burda da susmuram. O zaman üzə duranlarını gətirsinlər, axıra kimi üzə durub iş-güclərinin dalınca getsinlər. Bəsdirin! Onsuz da siz də bilirsiniz, mən də bilirəm ki, sizin burada oynadığınız məhkəmə oyununun heç bir mənası yoxdur. Yuxarıdan nə tapşırıq alacaqsınızsa, o qərarı da çıxaracaqsınız. Heç olmasa bu oyunu guya qanunlara riayət edə-edə oynayın. Gülər gəlsin. Gəlməlidir! Nədən qorxur? Cəmi 5 sualım var. Əgər ona da cavab vermək iqtidarında deyilsə, o zaman niyə əvvəldən fikirləşmirdi ki, mən bu adamın heç nədən üzünə durmayım, axırı yaxşı qurtarmayacaq?? Proses noyabrın 14-də davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA