Daxili izlər Nazirliyindən keçmiz "Lider"çi Sahil Kərimliyə sərt xəbərdarlıq

img

31-10-2012 [12:19]


2003-cü ilin oktyabrında "Lider" telviziyasının əməkdaşı olaraq Müsavat Partiyasının qərargahında bəzi müsavatçıları təxribata çəkərək, özünü döydürən, nəticədə bir nəfərin ölkədən didərgin düşməsinə, digərinin isə heç bir günahı olmadığına baxmayaraq, həbsə məruz qalmasına səbəb olan, özü isə bu "əməliyyat"a görə ev və maşınla təmin olunan, hazırda Daxilii İşlər Nazirliyinin Mətbuat Xidmətində işləyən Sahil Kərimlinin Facebook səhifəsindən yaydiğı status Daxili İşlər Nazirliyini hərəkətə keçirdi. Deputat Fazil Mustafa ilə köşə yazarları Şahvələd Çobanoğlu, Elnur Astanbəyli və Zamni Hacı arasında yaşanan olaylara münasibət bildirən Sahil Kərimlinin DİN rəsmisinə yaraşmayan statusuna diqqət edək: "Kimsə bu həyasızlaşmış, korrupsiyalaşmış, ləyaqətini onu-bunu şantaj edib pul qazanmaqla itirən ?demokratlar"ın cavabını, dərsini verməlidir. Vaxtilə bu tiplərlə biz demək olar ki, 2-3 nəfərlə təkbaşına mübarizə aparmışıq. Efirdən səsimizi eşidəndə Raufla Qənimət qorxudan sarfa kimi saralıb tir-tir əsirdilər. Çünki zəif yerlərindən vurub yerlərində oturdurduq! Amma indi? Indi bunların qabağına çıxan yoxdur! Harınlayıblar! ?Cəzasızlıq? şəraitində buğlanırlar! Ona görə azğınlaşıblar! Belə getməyəcək! Rauf məmurları hədələyir, şantaj edir ki, haqlarında arxivimizdə kompromatlar var. Bizim də Arxivimizi Raufla, Qənimətlə, Azərlə, Xədicə ilə bağlı zəngin komplolar bəzəyir... Ağıllı olsunlar!". Müsavat.com məsələ ilə bağlı DİN-in mətbuat xidmətinə müraciət edib. Mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə Sahil Kərimlinin sosial şəbəkədə yazdığı statusdan da, bu barədə sayt və qəzetlərdə yer alan materiallardan da xəbərdar olduqlarını dedi: "Ancaq bildirmək istəyirəm ki, bu, Daxili İşləri Nazirliyinin və mətbuat xidmətinin mövqeyi deyil, Sahil Kərimlinin şəxsi fikirləridir. Sahil Kərimli isə polis işçisi deyil, rütbə daşımır, sadəcə müqavilə əsasnda mətbuat xidmətinin çəkiliş qrupunda çalışır, aydaiki dəfə televiziyalar üçün material hazırlayır". Orxan Mənsurzadə onu da bildirdi ki, bu sayaq statuslar yazmasının yolverilməzliyi S.Kərimlinin nəzərinə çatdırılıb. Qeyd edək ki, artıq məlum status S.Kərimlinin Facebook səhifəsindən silinib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA