?Qız bulvarı?nda faciə: bir ölü, üç yaralı

img

27-10-2012 [03:04]


?Qış bulvarı? kimi tanınan ərazidə - paytaxtın Nəsimi rayonunda faciəli olay baş verib. Oktyabrın 26-da səhər saatlarında burada betonlama işi zamanı divar uçub. Rəsmi məlumatlara görə, bir nəfər ölüb, üç nəfər yaralanıb. Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Nəsimi rayonu ərazisində inşa edilən yeraltı avtodayanacaqda beton tökülməsi zamanı divar uçub. Nəticədə orada işləyən Bakı şəhər sakini Şahin Novruzov hadisə yerində ölüb. Elşən Zamanov, Xanoğlan Köşarov və Xırdalan şəhər sakini Bayram Rüstəmov isə xəsarət alıb. Xəstəxanada tibbi yardım göstərildikdən sonra yaralılar evə buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA