Piyadanı öldürüb qaçdı

img

24-10-2012 [10:05]


Bu gecə Bakının Sabunçu rayonu ərazisində piyadanın ölümün ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Sabunçu dairəsi yaxınlığında qeydə alınan hadisə zamanı hələlik şəxsiyyəti dəqiqləşdirilməyən 25-30 yaşlarındakı naməlum kişi avtomaşın zərbəsi ilə üzləşib. Qəzadan sonra piyadanı vuran sürücü idarə etdiyi avtomaşınla birgə hadisə yerindən yayınıb. Hadisədən sonra əraziyə Sabunçu rayon polis idarəsinin əməkdaşları cəlb edilib. Müayinələr aparıldıqdan sonra isə mərhumun meyidi daxili və xarici müayinədən aparılması üçün ekspertizaya aparılıb. Hazırda Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən dünyasını dəyişən piyadının şəxsiyyətinin müəyyən edilməsi və hadisə yerindən yayınan sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, piyadanın vurulduğu yerin cəmi bir neçə metrliyində piyada üst keçidi olsa da, mərhum maşın yolundan keçərək bunu həyatı ilə ödəyib. ans

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA