Generalın rəhbərlik etdiyi dövlət xidməti məhkəməlik oldu

img

23-10-2012 [11:45]


?Yeqova şahidləri? dini icması, üzvlərinə qarşı deportasiya qərarı və digər qanunsuz hərəkətlər edildiyi səbəbi ilə general Firudin Nəbiyevin rəhbərlik etdiyi Dövlət Miqrasiya Xidmətini məhkəməyə verib. Bu barədə mia.az-a daxil olan xəbərdə bildirilir ki, dini təriqətin Miqrasiya Xidmətinə qarşı iddiasını əvvəlcə 1 saylı Bakı İnzibati-iqtisadi məhkəmə araşdırıb. Lakin həmin məhkəmə instansiyasının qərarı mübahisə doğurduğundan qətnamədən apellyasiya şikayəti verilib: ?Hazırda işə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə baxılır. Hakim təriqətin Miqrasiya Xidmətinə qarşı ?Deportasiya barədə qərarın, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, maddi və mənəvi ziyanın tutulması?ndən bəhs edən şikayəti üzrə sabah prosesə start verəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA