General Mirqafar Seyidov avtoritetləri necə üz-üzə gətirib?

img

22-10-2012 [08:05]


Oktyabrın 18-də Daxili İşlər Nazirliyinin el arasında ?Bandotdel? kimi məşhur olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Qaraçuxur qəsəbəsində yerləşən ?Yağmur? restoranında keçirdiyi əməliyyat ölkə mətbuatının diqqət mərkəzindən düşmək bilmir. Səbəb isə aydındır ? bu əməliyyatın məqsədi və təfərrüatları barədə mətbuatda çeşidli məlumat və versiyalar səsləndiyindən, hələ də nəyin baş verdiyi çoxlarına aydın deyil. Aydın olan odur ki, doğurduğu ictimai rezonansa və aparılan həbslərin kütləviliyinə görə, bu, 2005-ci ildəki məşhur ?Qara kəmər? əməliyyatından sonra hüquq-mühafizə orqanlarının məxfi şəkildə hazırlayıb və qəfil həyata keçirdikləri ən səs-küylü əməliyyatlardan sayılır. Elə biz də bunu nəzərə alaraq, bu əməliyyatın məqsədi və təfərrüatları barədə geniş araşdırma aparmaq qərarına gəldik. Və hadisə barədə məlumatlı olan, əməliyyat vaxtı həbs olunub sonradan buraxılanlarla söhbətdən sonra xeyli maraqlı faktlar ortaya çıxara bildik. [b]?Yağmur? əməliyyatını hansı qurum keçirib?[/b] Öncəliklə onu qeyd edək ki, əməliyyatın keçirildiyi ilk saatlarda mətbuatda Qaraçuxurdakı ?Yağmur? şadlıq evində atışmanın düşdüyü, ölən və yaralananların olduğu, MTN və DİN-in xüsusi təyinatlılarının birgə şadlıq evinə basqın etdikləri haqda məlumat yayılımışdı. Ancaq bizim araşdırmalarımız üzə çıxardı ki, ?Yağmur?dakı əməliyyatı yalnız bir qurum ? DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusi təyinatlıları həyata keçirib. Deyilənə görə, əməliyyatın detalları kənara sızmasın deyə, hətta DİN-in digər idarə və bölmələri də bundan xəbərsiz olublar. Hadisə vaxtı ?Yağmur?da olan, saxlanılaraq BMCMİ-yə gətirilən və izahatları alındıqdan sonra sərbəst buraxılanların sözlərinə görə, şadlıq evinə girən qara maskalılara komanda verən şəxslərin hamısının əynində ?BMCMİ? yazılmış xüsusi gödəkçələr olub. Verilən komandaların sərrastlıqla yerinə yetirilməsi, əməliyyatçıların bir-birlərini rahat anlaması da təsdiqləyir ki, basqın edən xüsusi təyinatlılar bir qurumun nəzdində olub və uzun müddət belə situasiyalarda necə davranmaq təlimi keçiblər. Hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, DİN və MTN-in olduğu kimi, BMCMİ-nin özünün də ayrıca xüsusi təyinatlı dəstəsi mövcuddur və bu qrup yalnız belə əməliyyatlar üçün hazırlanıb. Bəzi məlumatlara görə, BMCMİ-nin xüsusi təyinatlılarının yeri və təlim bazları, eləcə də burada xidmət keçənlərin kimliyi olduqca məxfi saxlanılır. 2003-cü ilin 16 oktyabrında ?Azadlıq? meydanında qəfildən peyda olan və aksiyaçılara divan tutaraq yenidən yoxa çıxan ?qara maskalılar?ın da məhz BMCMİ-nin xüsusi təyinatlılarının olduğu bildirilir... Beləliklə, aydın olur ki, ?Yağmur?dakı əməliyyatı da məhz ?Bandotdel? həyata keçirib. Məlumatı olan şəxslər bilir ki, BMCMİ-nin əsas funksiyalarına daxil olan istiqamətlərdən biri və başlıcası ?kriminal aləmə? qarşı mübarizənin təşkilidir. Deməli, BMCMİ-nin digər hüquq-mühafizə orqanlarının köməyi olmadan təkbaşına ?Yağmur?dakı əməliyyatın keçirilməsi məsuliyyətini öz üzərinə götürməsi də onun əsas funksiyalarına daxil olan istiqamətlərdən olub. Yəni, ?Yağmur? əməliyyatının əslində ?kriminal aləm?ə qarşı keçirilmiş əməliyyat olduğu bəribaşdan məlumdur. ?Ancaq niyə məhz indi?!?. Bax, bu sualın cavab axtarışları bizi ?Yağmur?da nəyin baş verdiyini aydınlaşdırmağa imkan yaradan daha mühüm məsələlərə götürür. [b]?Bandotdel? kriminal aləmə niyə amansız savaş açdı?![/b] Xatırladaq ki, bu günlərdə ölkə mətbuatında belə bir məlumat yayıldı ki, Rusiyanın ?cinayət aləmi?nin ən tanınmış isimləri arasında ?sxodka? (?oğru toplantısı?) keçirilib və orada məşhur azərbaycanlı ?qanuni oğru? Rövşən Canıyevin (?Rövşən Lənkəranski? ləqəbiylə tanınır) oğru adının əlindən alınması ilə bağlı qərar verilib. Artıq tam dəqiqləşdirdiyimiz məlumata görə, ?Yağmur? restoranında keçirilən tədbir də əslində bu qərarın elan olunması və gələcəkdə atılacaq addımların müəyyənləşdirilməsi məqsədiylə təşkil olunmuş mərasimiymiş. Sadəcə, diqqət çəkməsin deyə, mərasim həbsxanadan yenicə çıxmış Nəriman adlı şəxsin (?Yeraz Nəriman? kimi tanınır) qarşılanması tədbiri kimi qələmə verilirmiş. Gözlənilirmiş ki, həmin mərasimdə ?kriminal aləm?in Azərbaycana necə ayaq açmasının yolları müzakirə olunacaq, nüfuz dairələri və həmin nüfuz dairələrinə baxacaq ?avtoritetlər? müəyyənləşdiriləcək. Təsadüfi deyil ki, mərasimə Azərbaycanın bölgələri də daxil olmaqla, 300-ədək adam dəvət olunubmuş. Ancaq BMCMİ-nin vaxtında məlumat əldə etməsi, informasiyanın kənara sızmasına imkan vermədən əməliyyat planı hazırlaması və qəfildən ?Yağmur?u mühasirəyə alaraq, həbslərə başlaması ölkəni nəinki sürükləndiyi kriminal müharibədən, həm də cinayət aləminin Azərbaycana ayaq açmasından vaxtında sığortalaya bildi. Çünki dövlətin müdaxiləsinin olmayacağı təqdirdə, bu toplantının Azərbaycanda kökü çoxdan kəsilmiş yeni ?kriminal müharibə?yə start verəcəyi, dövlətdən kənar silahlı birləşmələrin yaranacağı və onlar arasında gəlir gətirən sektorlara nəzarət uğrunda silahlı qarşıdurmaların başlanacağı gözlənilirmiş. Təsadüfi deyil ki, həbs olunanların üstlərindən xeyli miqdarda odlu və soyuq silah aşkarlanaraq götürülüb. Məlumatlı şəxsin bildirdiyinə görə, hətta həmin gün verilən qərardan narazı qalanların elə şadlıq evindəcə böyük bir ?razborkası?nın düşmə ehtimalı çox böyük imiş. [b]?Ded Xasan?dan gələn təlimat və iki azərbaycanlı ?oğru? arasında başlanan çəkişmə[/b] Kriminal aləmdə yaranmış son duruma gəldikdəsə, bu proseslər haqqında məlumatlı mənbələrin söylədiklərindən belə anlaşılır ki, əslində, gərginliyin qaynağı qonşu Rusiya Federasiyasında baş verənlərdir. Daha doğrusu, Rusiya cinayət aləminin nüfuzlu simalarından sayılan ?Ded Xasan? ləqəbli ?qanuni oğru? Aslan Usoyanla azərbaycanlı ?qanuni oğru? ?Rövşən Lənkəranski? arasında illərdir gedən çəkişmə Azərbaycanda baş verən son hadisələrin çözüm mənbəyidir. Deyilənə görə, ?Ded Xasan?ı bir müddət əvvəl ona edilən sui-qəsdin sifarişçisinin Rövşən olduğuna tam şəkildə inandırıblar və öz növbəsində o da bütün gücünü işə salıb Rövşəndən qisasını alsın. Rövşənin nüfuznu aşağı salmaq üçünsə digər azərbaycanlılardan yeni ?qanuni oğru?lar, avtoritetlər yaratmağa və onların təsir dairəsini genişləndirməyə çalışır. Bildirildiyinə görə, hətta bu məqsədlə ?Ded Xasan? hazırda həbsxanda olan digər azərbaycanlı avtoritet - ?Quli? ləqəbli Nadir Səlifovun da mövqelərini gücləndirməyə çalışır. O, ?Quli?nin oğru titulunun qaytarılmasına, eləcə də ?Rövşən Lənkəraniski?yə rəqib olacaq daha bir neçə azərbaycanlı ?avtoritet?ə ad verilməsinə nail olmaq istəyir. Məlumata görə, artıq ?Ded Xasan? bir neçə azərbaycanlı oğrunu öz tərəfinə çəkə bilib. Eyni zamanda, Rövşənə yaxın olan və oğru olmaq istəyən cavanları da öz nəzarəti altına almağa müvəffəq olub. Məsələn, Rövşənin dəstəyi ilə uzun müddət Qobustan həbsxanasının vəziyyətinə baxan "Masalılı Rafiq"ə artıq ?Ded Xasan?ın xeyir-duası ilə ?oğru? adı verilib. Halbuki, deyilənə görə, Rövşən ?Masallılı Rafiq?ə bu adın verilməsini istəməyib və səbəb kimi də onun hərbi xidmətdə olmasını göstərib. Oğru qanunlarına görəsə, hərbi xidmət keçənə, poqon daşıyana ?oğru? adı verilə bilməz. [b] ?Quli? ilə Rövşənin çəkişməsinin sirri[/b] Araşdırmalarımız göstərir ki, cinayət aləminin bu iki tanınmış ismi ? Nadir Səlifovla Rövşən Canıyev arasındakı çəkişmənin əsası 2005-ci ildə qoyulub. Daha doğrusu, həmin ildə kriminal aləmin nüfuzlu oğrularından olan ?Sabirabadlı Hikmət?lə ?Quli? arasında 13 saylı cəza çəkmə müəssisəsində baş verən maraq toqquşması onların açıq savaşıyla nəticələnib. RF-də, ümumiyyətlə ?oğru dünyasında? daha geniş nüfuza malik olan Hikmət bu savaşda qalib çıxıb ? o, Nadir Səlifovun titulunu əlindən almağa müvəffəq olub və 2005-ci ildə keçirilən oğru ?sxod?unun qərarı ilə ?Quli? daşıdığı tituldan mərhum edilib. Ancaq ?Quli? bu qərarla razılaşmayıb. Hətta onu bu addan məhrum etməklə bağlı qərar verənləri bir-bir söhbətə çağırsa da, ?oğru?lardan heç kim onun təklifini qəbul etməyib. ?Oğru? olmadığını ilk dəfə ?Quli?nin üzünə deyən şəxsin isə ?Naxçıvanlı Nuruş? olduğu və bu hadisənin 8 saylı xüsusi rejimli CÇM-də baş verdiyi bildirilir. Bu hərəkətinə görə ?Quli?nin tərəfdarlarından Samir adlı idmançının Qobustan həbsxanasında Nuruşu bərk döydüyü, hətta onun bir neçə qabırğasını sındırdığı da söylənir. Hazırda Nuruşun "Rövşən Lənkəranski?nin əsas adamlarından biri olduğu və Qobustanda qapalı həbsxanada saxlandığı bildirilir. Mənbənin məlumatına görə, elə ?Yağmur?dakı toplantıda da ?Quli?nin, yoxsa Rövşənin haqlı olması məsələsi müzakirəyə çıxarılacaq, Azərbaycan həbsxanalarındakı nüfuz sahiblərinin kimlər olduğu haqda yeni adlar elan olunacaq və bundan sonra tərəflər arasında savaşın başlanmasına rəsmən göstəriş veriləcəkmiş. [b]?Yeraz Nəriman? kimin "əli"nə oynayıb?[/b] İşin ən maraqlı cəhəti isə ?Yağmur? əməliyyatından sonra cinayət aləmində yaranmış vəziyyət, təşviş və narahatçlıqlardır. Belə ki, mərasimdə iştirak edənlərin və sonra tutularaq izahatları alınan, daha sonra da sərbəst buraxılanların söylədiklərinə görə, əməliyyat zamanı içərisində cinayət aləminin tanınmış avtoritetləri də olmaqla 100-dən çox adam həbs olunaraq ?Bandotdel?ə aparılıb və orada onlara amansız işgəncələr verilib. Hətta deyilənə görə, onların ?bərkgedənləri?nin bir çoxunu idarənin rəisi, general-mayor Mirqafar Seyidov şəxsən özü döyürmüş. Xatırladaq ki, Mirqafar Seyidov özü idmançı olmaqla yanaşı, həm də xaraktercə çox sərt və amansız, cinayətkar aləmə qarşı barışmaz adam kimi xarakterizə edilir və deyilənə görə, elə bu cür xüsusiyyətlərinə görə hakimiyyət onu ?Bandotdel?ə rəis gətirib, general-mayor rütbəsi verib. Bəzi məlumatlara görə, ?Bandotdel?in cinayət aləminin gözünü bu sayaq ? amansızlıqla qırması ?Yeraz Nəriman?ın özünü də çox pis vəziyyətdə qoyub və indi bütün şübhələri onun üzərinə yönəldib. Belə ki, cinayət aləminin qaydalarından xəbərdar olanların söylədiklərinə görə, ?Yeraz Nəriman?ın düşünülməmiş addımları bu aləmə hörməti olan, onlara maddi və mənəvi dəstək verən bir çox ?yaxşı oğlanları? aşkarlayaraq zərbə altına itələyib ki, bu da çox pis əməl kimi qarşılanır. Hazırda cinayət aləmində ?Yeraz Nəriman?ın özünün, yoxsa ətrafından kiminsə hüquq-mühafizə orqanlarına bağlantısının olub-olmadığı, özünün mühasirəyə alınmış şadlıq evindən necə qaçıb kənara çıxa bildiyi ciddi müzakirə mövzusuna çevrilib və faktiki, ?Yağmur?dakı mərasim təşkilatçılarını iki hissəyə bölüb. Ehtimal var ki, həmin toplantıda yaradılması nəzərdə tutulan yeni ?kriminal birliyin? öz arasında da savaş başlasın... Mövzu diqqətimizdədir və araşdırmalarımızı davam etdiririk... Azpolitika.info P.S. Dünən BMCMİ-nin qarşısına xeyli adam toplaşmışdı. Biz orada baş verənlərlə, eləcə də yuxarıda qeyd etdiklərimizlə bağlı dəfələrlə BMCMİ-nin rəisi, general-mayor Mirqafar Seyidovla danışmaq istəsək də o, hər dəfə ?DİN-in Mətbuat Xidmətinə, Sadiq müəllimə zəng vurun? dedi və dəstəyi asdı. DİN Mətbuat Xidmətinin mövqeyi isə açıqlanıb. Biz də məcburiyyət qarşısında eşitdiklərimizi və bildiklərimizi yazdıq. Ancaq yenə də bildiririk ki, yazıda adları çəkilən şəxslərin rəsmi mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR