Kütləvi davada 3 nəfər qanına bulandı

img

15-10-2012 [01:10]


Dünən Bərdə rayonunda ölümlə nəticələnən kütləvi dava baş verib. Hadisəni araşdıran Bərdə rayon Prokurorluğunun müstəntiqi Famil Axundovun verdiyi məlumata görə, dava əvvəlcə səbəbləri hələlik məlum olmayan mübahisə nəticəsində baş verib. Dava nəticəsində 35 yaşlı Ramin Sadıqov 17 yaşlı Rusif Yusiflini bıçaqlayaraq öldürüb. Bundan sonra Ramin Sadıqov davada iştirak edən 24 yaşlı Zamin Dadaşovu və onun atası 52 yaşlı Allahyar Dadaşovu bıçaqlayıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin baş vermə səbəbləri araşdırılır. ANS PRESS

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA